İrəvanda hökumət binası mühasirəyə alındı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistan müxalifəti İrəvanda hökumət binalarından birini mühasirəyə alıb.

Metbuat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, mühasirəyə “Müqavimət” hərəkatının lideri İşxan Sağatelyan rəhbərlik edir.

O bildirib ki, binaya daxil olmaq lazım deyil, sadəcə olaraq bütün girişləri bağlamaq vacibdir. Mühasirədə olan binada Əmək Nazirliyi, Səhiyyə Nazirliyi və Ətraf Mühit Nazirliyi, həmçinin Statistika Komitəsi yerləşir.

Sağatelyanın sözlərinə görə, binada yerləşən nazirliklər artıq vətəndaşların maraqlarına xidmət etmir. Müxalifət funksioneri nazirlik rəsmilərini rəhbərliyin təzyiqlərinə boyun əyməməyə və onlara qoşulmağa çağırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.