Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən hərbi hissələrdə metodiki məşğələlər keçirilib.

Bu barədə Musteqil.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Tədbirlər çərçivəsində gənc əsgərlərlə psixoloji iş fəaliyyətini həyata keçirən zabit psixoloqlarla metodiki məşğələlər keçirilib, gənc əsgərlərin hərbi xidmət şəraitinə uyğunlaşmasına köməklik göstərilməsi və hərbi qulluqçuların psixoloji dayanıqlığının yüksəldilməsi məqsədilə onlarla maarifləndirici söhbətlər aparılıb.

Sonda zabit psixoloqları maraqlandıran suallar cavablandırılıb, lazımi tövsiyələr verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//unbeedrillom.com/4/5013541