Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Musteqil.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə yarasından vəfat edən Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, baş leytenant İlkin Qasımovun fotosunu təqdim edir.
Qeyd edək ki, İ. Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub. Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb. Daxili İşlər Nazirliyi İlkin Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

//lephaush.net/4/5013541