Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev cari ilin 13 may tarixində İstanbul şəhərində qardaş ölkənin daxili işlər nazirinin müavini İsmayıl Çataklı, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezər və AFAD-ın Baş əməliyyat idarəsinin rəisi Yusuf Aysu ilə görüşüb.

Musteqil.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ikitərəfli əməkdaşlığımızın dostluq və qardaşlıq əsasında davam etdiyini qeyd edən nazir müavini Etibar Mirzəyev, Azərbaycan-Türkiyə əlaqələrindən danışaraq BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış-xilasetmə üzrə Məşvərətçi Qrupu tərkibində iki qardaş ölkənin müvafiq qurumlarının səmərəli əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, ikitərəfli görüşlər, təlimlər və məsləhətləşmələr fəaliyyət imkanlarının artırılmasına, eyni zamanda 2022-ci ilin sonunda Azərbaycanda keçiriləcək beynəlxalq INSARAG klassifikasiyasının hazırlıq prosesinə əvəzsiz töhfə verəcək. O, Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG klassifikasiyasından uğurla keçməsi üçün verdiyi dəstəyə görə Türkiyə tərəfinə təşəkkür edib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir müavini İsmayıl Çataklı Türkiyədə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan Respublikası tərəfindən edilən hərtərəfli yardımlara görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və qardaş ölkə Azərbaycana təşəkkürünü bildirib. Nazir müavini ölkələrimizin müvafiq qurumları arasında axtarış və xilasetmə sahəsində əməkdaşlığın uğurla davam etdirilməsində səylərinə görə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova təşəkkür edib.

Görüşdə iştirak edən AFAD rəhbəri Yunus Sezər axtarış və xilasetmə sahəsində məlumat və təcrübə mübadiləsinin aparılmasının mütəmadi olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb. Y.Sezər, həmçinin birgə təlimlərin təşkili, qarşılıqlı səfərlərin və aidiyyəti üzrə işçi görüşlərin həyata keçirilməsi məsələləri ilə bağlı fikirlərini bölüşüb. O, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi üçün AFAD tərəfindən lazımi dəstəyin davam etdiriləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//zikroarg.com/4/5013541