Gəncə şəhər İcra Hakimiyyəti sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev oğlu üçün xüsusi maşın yığdıraraq Dubaydan gətizdirib.

 
Bunu əks etdirən fotoda görünür ki, Elmar Vəliyevin azyaşlı nəvəsi 100 min dollar qiymətində olan avtomobili onun istəyi ilə xüsusi sifarişlə gətirilib.

Bahalı “Porshe” markalı avtomobili önündə dayanaraq fotosu çəkilən azyaşlı bütün kaprizləri icra olunduğu nümayiş etdirilir. Fotoda göründüyü kimi avtomobil dayanacağında başqa bahalı avtomobillərində olduğu görünür.
 
Bildirir ki, Elmar Vəliyevin oğlu Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsində çalışırdı və 2020-ci ildə vəzifəsindən azad edilib. Elmar Vəliyev 2011-2018-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olub.
 
Qeyd edək ki, bir müddət öncə Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov oğlu Ziya üçün xüsusi “Mercedes Viano” markalı maşını yığdırıb Bakıya gətirilmişdir.

//thaudray.com/4/5013541