Qlobal bazarların gözü ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün açıqlayacağı faiz qərarındadır. 

Müstəqil.az xəbər verir ki, FED-in toplantısından öncə dollar indeksi və qızılın qiyməti diqqət çəkib. Belə ki,  dollar bütün dünyada bahalaşıb.

Dollar indeksi təxminən 20 ilin ən yüksək səviyyəsinə – 104 punkta çatıb. Qızıl isə 1850 dollar qədər ucuzlaşaraq son 2 ayın ən aşağı səviyyəsinə görüb.

Təxminən 2 il davam edən pandemiya dövründə həyata keçirilən sərbəst pul siyasəti dünyada inflyasiyanı artırıb. Bu baxımdan FED-in faiz dərəcəsini ən azı 50% artıracağı gözlənilir. 

Qeyd edək ki, FED mart ayında 3 ildən sonra ilk dəfə faiz dərəcəsini 25% artırmışdı.

Bizim.media

//zikroarg.com/4/5013541