Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İtaliyada COVID-19 infeksiyasına təkrar yoluxma hallarında artım qeydə alınır.

Musteqil.az xəbər verir ki, İtaliya Ali Səhiyyə İnstitutunun (ISS) məlumatına görə, “omikron” ştamının yayılması səbəbindən ötən il avqustun 24-dən cari il mayın 4-dək ölkədə koronavirusa 397 min 84 təkrar yoluxma faktı qeydə alınıb. Təkrar yoluxma halları əsasən qadınlar, tibb işçiləri və yaşı 12-49 arasında olanlarda, peyvənd olunmayan və ya ən azı bir doza peyvənd edilənlərdə müşahidə olunub. Əvvəlki həftə ilə müqayisədə isə ölkədə COVID-19-a təkrar yoluxma halları 5 faiz artıb.

Qeyd edək ki, İtaliyada indiyədək koronavirusa 16 milyon 767 min 773 yoluxma faktı qeydə alınıb, 164 min 417 nəfər virusun qurbanı olub. Hazırda ölkədə 1 milyon 146 min 385 aktiv koronavirus xəstəsi var.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541