Daha bir dünya çempionatı Bakıda keçiriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Taekvondo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Bakı 2023-cü ildəki nüfuzlu yarışa ev sahibliyi edəcək. Mundialın dəqiq tarixi yaxın vaxtlarda təsdiqlənəcək.

Azərbaycan paytaxtındakı dünya çempionatı WTF-nin yaradılmasının 50-ci ildönümünə təsadüf edəcəyindən xüsusi əhəmiyyət daşıyacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu