Baş redaktor Cavid Süleymanov Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Əziz bacı və qardaşlarım! On bir ayın sultanı Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. İnanıram ki, ölkəmizin əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Uca Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

  Bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin.

  Bayramınız mübarək olsun.

İctimai Dəstək Birliyinin sədri Cavid Süleymanov

Başa dön tuşu