Bakıda axtarışda olan şəxsdən “Makarov” markalı tapança götürülüb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Suraxanı rayonunda quldurluq etdiyi üçün Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək axtarışda olan şəxs saxlanılıb.

Metbuat.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Rəşad Almazov tutulub. 32-ci Polis Bölməsində onun üzərində şəxsi axtarış aparılan zamanı R.Almazovdan 1 ədəd “Makarov” markalı odlu silah, 3 ədəd patron və patron darağı aşkar edilib. Təyin edilən ekspertiza zamanı silahın atəşə yararlı olduğu məlum olub.

Faktla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. R.Almazovun əməllərindən zərərçəkən başqa şəxslər varsa 32-ci Polis Bölməsinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki hesablarına məlumat verə bilərlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu