Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdi mayın 15-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Musteqil.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahana buraxılış vərəqəsini çap etmək üçün linkə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//ugroocuw.net/4/5013541