Bakı metrosunda nasazlıq yarandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “Gənclik” stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.

“Bakı Metropoliteni” QSC-dən Metbuat.az-a verilən xəbərə görə, maşinist qatara baxış keçirib.

Hər hansısa problem aşkarlanmayıb. Bununla belə sərnişinlərin hər hansısa narahatlıq keçirməməsi məqsədilə qatarın yolunu sərnişinsiz davam etdirməsi qərara alınıb. “Nizami” stansiyasında qatara təkrar baxış keçirilib. Lakin yenidən problem aşkarlanmasa da, onun müvəqqəti ehtiyat qatarla əvəzlənməsi qərara alınıb. Nəticədə, “Nizami-Dərnəgül” və əks istiqamətdə intervalda 3 dəqiqə fərq hiss olunub. Hadisənin vaqonlardan birinin qapısına müdaxilə ehtimalı ilə maşinistin qəfil tormozlaması nəticəsində baş verdiyi ehtimal olunur.Belə hallarda qatarın təkərlərinin qəliblərindən məhz spesifik tüstü təsirli qoxu hiss olunur. Dəqiq araşdırma aparılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu