Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda keçirilən belə bir yüksək səviyyəli yarışda iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Turnirin keçirildiyi Bakı Atıcılıq Mərkəzi müasir standartlara cavab verir və iştirakçılar üçün hər bir şərait yaradılıb.

Musteqil.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakıda atıcılıq üzrə keçirilən dünya kuboku yarışında 10 metr məsafəyə tüfəngdən atəşaçma yarışında qadınlar arasında qızıl medal qazanan fransalı Osean Müller deyib.

O bildirib ki, hazırda yaxşı formadadır. Belə ki, 2021-ci ildə Avropa çempionatında bu növ üzrə şəxsi və qarışıq komanda yarışlarında qızıl medal qazanıb: “Turnirin səviyyəsi yüksəkdir, ciddi rəqabət var. Bakıda qazandığım qızıl medal mənim üçün qiymətlidir. Əsas hədəf isə Paris Olimpiadasıdır”.

Qeyd edək ki, 10 metr məsafəyə tüfəngdən atəşaçma yarışında qadınlar arasında polşalı Aneta Stankeviç gümüş, Rumıniya təmsilçisi İli Laura-Georgeta bürünc medala sahib olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541