Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.

AZAL-dan Musteqil.az-a verilən məlumata görə, hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.

“Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər”, – məlumatda qeyd olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541