“Azərkosmos” Qazaxıstan şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Qazaxıstanın “Qarış Saparı” şirkətilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Metbuat.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, “Azərkosmos”un nümayəndə heyəti mayın 10-11-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Kosmik texnologiyalar konfransına qatılıb. Mərkəzi Asiya regionunda ilk dəfə keçirilən tədbirdə qlobal kosmik sənayenin imkanları, peyklər, onların tətbiq sahələri, kosmik sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalar barədə müzakirələr aparılıb.

“Azərkosmos”un sədri Saməddin Əsədov çıxış edərək ölkəmiz üçün kosmik sahənin əhəmiyyəti, bu sahədə Azərbaycanın telekommunikasiya peyklərinin imkanları, o cümlədən “Azersky” peyki vasitəsilə kənd təsərrüfatı, ekologiya, turizm və bir sıra digər sahələrdə həyata keçirilən layihələr barədə bəhs edib. Tədbirdə işğaldan azad olunmuş ərazilərə qayıdış planına əsasən peyk resursları ilə ərazilərin infrastruktur və relyef faktorlarına uyğun aparılan monitorinq təhlilləri barədə iştirakçılara məlumat verilib.

Konfrans çərçivəsində “Azərkosmos” və “Qarış Saparı” arasında müqavilə imzalanıb, həmçinin iki ölkə arasında kosmik sahədə birgə layihələrin təşkil olunması və peyk resurslarının qarşılıqlı istifadəsinə dair razılıq əldə olunub.

“Qarış Saparı” 2005-ci ildə Qazaxıstanda kosmik sahənin inkişaf etdirilməsi, kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb. Eyni zamanda, kosmik layihələr üçün texniki avadanlıqların istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyət sahəsinə aiddir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu