Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi gələn həftə 5 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək.

Musteqil.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, abonentlərin sosial şəbəkələr vasitəsilə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyevə ünvanladıqları müraciətlər nəzərə alınaraq, mayın 16-da Quba rayonunda (Quba şəhəri, H.Əliyev prospekti, Gənclər Parkı), mayın 17-də Qusar rayonunda (Qusar şəhəri, H.Əliyev prospekti Rəsm Qalereyasının həyəti), mayın 18-də Sabirabad rayonunda (Sabirabad şəhəri, Olimpiya İdman Kompleksinin həyəti), mayın 19-da Şirvan rayonunda (Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10), mayın 20-də isə Saatlı rayonunda (Saatlı şəhəri, H. Əliyev prospekti, Gənclər Mərkəzinin qarşısı) aksiya təşkil olunacaq. “Açıq mikrofon” saat 11:00-dan 12:00-a qədər vətəndaşların ixtiyarında olacaq. İnsanlar problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//dooloust.net/4/5013541