Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,İndiyə qədər Azərbaycandakı sənaye zonalarında təxminən 6,5 milyard manatlıq məhsul istehsal edilib, bunun təxminən 2,1 milyard manatlıq hissəsi ixrac olunub.

Bu barədə Musteqil.az-a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, məhsul istehsalının və ixracının müvafiq olaraq 681 milyon manatlıq və 318 milyon manatlıq hissəsi bu ilin I rübünün payına düşüb. Bunlar isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 82,6% və 2,7 dəfə çoxdur.

Hesabat dövründə sənaye zonaları üzrə istehsalın ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,8%, ixracın isə qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi 36,3 % təşkil edib.

Sənaye zonalarında istehsal olunan məhsulları dünyanın 40-dan çox ölkəsi idxal edib.

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

By admin

//zeechumy.com/4/5013541