Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Tükiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb.

Musteqil.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi tviter hesabında bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edilib.

Bununla yanaşı, Şuşa Bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı qeyd olunub.

Həmçinin, Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi üçün nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

//thaudray.com/4/5013541