“Anamı Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin klinkasında öldürdülər”-FOTO
Ramiz Mehdiyevin kürəkəni, keçmiş millət vəkili İlham Əliyevə məxsus olduğu deyilən “Yeni Gəncə” Tibb Mərkəzində həkim səhlənkarlığı ölümə səbəb olub.
Kanal32.az-a müraciət edən Zeynalova Qənifə Üzeyir qızının sözlərinə görə anası, Mingəçevir şəhər sakini 1961-ci il təvəllüdlü Yusibova Dilşad Cahangir qızı 23 fevral 2022-ci il tarixdə “Yeni Gəncə” Tibb Mərkəzinin həkim-nevroloqu Knyaz Rəhimovun təyinatı ilə sözügedən kilinkaya yerləşdirilib. Bir həftə ərzində günü 500 manatdan, qalan günləri isə günü 300 manatdan 19 mart 2022-ci il tarixə kimi “Yeni Gəncə” Tibb Mərkəzində olub.
Qənifə Zeynalova deyir ki, bir həfətə ərzində Tibb mərkəzində aparılan müalicə prosedurlarının heç bir nəticəsi olmadığı gördükdə bildirdim ki, əgər anamın səhhətində dəyişiklik yoxdursa, hər gün bu qədər pulları niyə alırsınız(hər gün alınan 300 manat yalnız yatmaq üçün ödənilib. Dərmanlar və digər prosedurlar üçün əlavə pullar xərclənib). Sonra bunlar anamı Kompüter Tomoqrafiyası(KT) üçün Gəncə Beynəlxalq xəstəxanasına göndərdilər. KT-nin nəticələrinə baxan nevroloq Knyaz Rəhimov və reanimatomloq Mahir Babayev israrla bildirdilər ki, bəs xəstə təcili beyin əməliyyatına götürülməlidir. Mən isə tələb etdim ki, o zaman hansı səbəblərə görə xəstənin KT müayinəsini gecikdirmisiniz və 6 gündür bu barədə heç bir addım atmasınız. Məcbur qalıb əməliyyata razılıq verdim. 28 fevral 2022-ci il tarixdə axşam saat 20:30-da neyrocərrah Zaur Ramixanov anamı əməliyyat etdi. Həkimlər dedilər ki, əməliyyat gözlədiklərindən uğurlu alınıb. Anam da əməliyytdan sonra özünün yaxşı hiss etdi, hətta 4 gündən sonra danışması həkimləri təəccübləndirdi.
Ancaq 12 gündən sonra nevroloq Knyaz Rəhimov və reanimatomloq Mahir Babayev bildirdilər ki, bəs ananda tənəffüs çatışamzlığı var. Ona görə də biz xəstəni traxeostomiya əməliyyatı etməli olacağıq. Traxeostomiya əməliyyatı üçün Şəmkir Hospitalından adını bilmədiyim həkim-cərrah çağrıldı və anam əməliyyat olundu. Məhz həmin gün-18 mart 2022-ci il tarixdə anamla görüşüdüm və o əl işarəsi ilə yaxşı olduğunu bildirdi. Mahir Babayev də öz növbəsində bildirdi ki, vəziyyət yaxşıdır, digər həkimləri cəlb etməyə ehtiyac yoxdur. 19 mart 2022-ci il tarixdə səhər saatlarında anamın vəfat etməsi xəbərini verdilər. Apardığım araşdırma zamanı məlum oldu ki, həmin axşam növbətçi həkim Mahir Babayev iş yerini tərk etmiş və xəstəni tibb bacısına həvalə edərək öz evinə getmişdir.
Anamdan başqa xəstə olmadığından tibb bacısı iş yerində yatmışdır. Ayılanda isə xəstənin öldüyünün görmüş və növbətiçi həkimi çağırmış, o da xəstənin üstünə düz 45 dəqiqədən sonra gəlmişdir. Ən faciəvi hal ondan ibarətdir ki, həkim anamın sağ əlini çarpayıya bağlayıb gedibmiş. Sol əli isə işləmirdi. Traxeostomiya əməliyyatından sonra hər 20 dəqiqədən bir xəstənin boğazında açılan dəlik vasitəsi ilə bəlğməi təmizlənməli olduğu halda bu icra edilməyib. Növbətçi həkim olmadığından vaxtında təmizlənmə aparılmayıb və nəfəs yolunun tutulması nəticəsində boğulmadan anam ölmüşdür.
Mərhumun qızı Qənifə Zeynalova “Yeni Gəncə” Tibb Mərkəzindəki qanunsuzluqlar və anasının ölümünə səbəb olan həkim səhlənkarlığı ilə bağlı rəsmi qaydada Gəncə şəhər prokurorluğuna şikayət edib. Hazırda prokurorluq aidiyyatı üzrə araşdımalara başlayıb və komission ekspertizası təyin olub. Ekspertizanın aparılması Səhiyyə nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi Publik-hüquqi şəxsin ekspertlərinə göndərilib.
Şikayətçi Qənifə Zeynalovanın Gəncə şəhər prokurorluğuna verdiyi izahatı olduğu kimi təqdim edirik:
“Yeni Gəncə”Tibbi Mərkəzinin hüquqşünası Anar Abdullayev klinkanın sabiq deputat, Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus olması barəsində fikirlərə də aydınlıq gətirib. O bildirib ki, “Yeni Gəncə”Tibbi Mərkəzi “İNTERMEDSERVİS” MMC-nin tərkibindədir və onun təsisçilərindən biri keçmiş millət vəkili Əliyev İlham Əlisəftər oğludur və burada qeyri-adi bir şey yoxdur. Hər kəsin qanunla müəyyən olunmuş formada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq haqqı var. “Yeni Gəncə”Tibbi Mərkəzi də qanunvericiliyin bütün normativ hüquqi prinsiplərinə əsasən fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, “Yeni Gəncə”Tibbi Mərkəzi 13 yanvar 2011-ci il tarixindən etibarən Gəncə və Gəncə ətrafı regionların əhalisinə həm cərrahi, həm də terapevtik kliniki xidmət göstərilməkdədir. Mərkəzin rəhbərliyini isə keçmiş millət vəkili Əliyev İlham Əlisəftər oğlu həyata keçirir.
Qeyd edək ki, mözvu ilə bağlı araşdırmamız davam etdir və redaksiyamıza təqim olunmuş səs yazılarını və Mingəçevir xəstəxanasında və “Yeni Gəncə” Tibb Mərkəzində lentə alınmış video görünütüləri növbəti yazıda təqdim edəcəyik.