ABŞ bu texnikaların Rusiyaya ixracına QADAĞA QOYDU

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ Rusiyaya buldozer və sənaye avadanlıqlarının ixracına qadağa qoyub. Nüvə materialları və deyterium ixracı üçün ümumi lisenziyanı ləğv edib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

“ABŞ Rusiyanın sənaye sektoruna, o cümlədən ağac məhsulları, qazanlar, sənaye mühərrikləri, mühərriklər, ventilyatorlar və havalandırma avadanlığı, buldozerlər, sənaye və kommersiya məqsədli digər əşyalar daxil olmaqla geniş çeşiddə məhsulların girişinə əlavə məhdudiyyətlər qoyur”, – Ağ Evin Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Yüksək rütbəli məmur bildirib ki, yeni ixrac nəzarəti Rusiyanın hərbi potensialını artırmaq üçün lazım olan komponentlərə çıxışını daha da məhdudlaşdırmağa xidmət edəcək. Rəsminin sözlərinə görə, Aİ Rusiyaya bəzi kimyəvi maddələrin ixracını qadağan etməyə hazırlaşır.

Vurğulanıb ki, xarici komponentlərin olmaması Uralvaqonzavodun və Çelyabinsk Traktor Zavodunun bağlanmasına səbəb olub.

Administrasiyadan bildirilib ki, yeni sanksiyalar “Promtexnologiya”nı, 69 gəmiyə sahib olan və ya idarə edən altı gəmiçilik şirkətini və bir dəniz yedəkləmə şirkətini hədəf alacaq.

Qeyd edilib ki, nüvə tənzimlənməsi üzrə komissiya Rusiyaya mənbə materialının, xüsusi nüvə materialının, əlavə məhsulların və deyteriumun ixracı üçün ümumi lisenziyaları ləğv edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu