ABŞ-ın fiziki şəxslərə, bank və şirkət rəhbərlərinə qarşı sanksiyalarının növbəti hədəfi azərbaycanlı Famil Sadıqov olub.
Famil Sadıqov Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini kimi sanksiyalara məruz qalıb. Belə ki, onun şəxsi bank hesabları dondurulub.

Xatırladaq ki, Famil Sadıqov 3 il əvvəl, 2019-cu ilin aprelin 2-də “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. O, “Qazprom”un maliyyə-iqtisadi blokuna rəhbərlik edir.
Famol Sadıqov “Qazprom”dan əvvəl Rusiya Federal Xəzinədarlığın rəhbər müavini, Rusiya vergilər və rüsumlar nazirinin müavini olub. 2020-ci ildən Famil Sadıqov həmçinin əlavə vəzifə olaraq Belarusda yerləşən, Səhmləri Rusiya Federasiyasına aid olan “Belqazprombank” idarə heyətinin sədridir.
Qeyd edək ki, F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub.