Müstəqil.az

Nazirlər Kabinetinin iclasından sonra prezident Rəcəb Tayyib Ərdoğanın Suriyada yeni əməliyyat siqnalı verməsi və daha sonra “Bir gecə qəfil gələ bilərik” deməsi terror təşkilatı PKK/YPG-də rezonans doğurub.

Müstəqilaz bu barədə CNN Türk-ə istinadən xəbər verir.

Təşkilatın öndə gedən adlarından olan terrorçu Nuri Mahmud çıxışında qorxu və təşviş içində olduğunu az qala hər cümləsində ifadə edərək, “Silahdaşlarımız gündəlik olaraq SİHA-larla hədəfə alınır” deyərək,  ABŞ və Rusiyadan Türkiyəni dayandırmağı xahiş edib.

Beynəlxalq qüvvələrin mümkün hər hansı əməliyyata qarşı çıxmalı olduğunu bildirən terrorçu, “Artıq Şəhba, Tel Rifat, Rəsulayn, Tel Təmir, Qamışlı, Kobani, Malikiyə və Ayn İsaya qarşı hava əməliyyatları, haubitsa və tank atəşlərinin aparıldığını bildirib

//lephaush.net/4/5013541