Müstəqil.az

Türkiyə prezidenti R.T.Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Görüşdə Rusiya-Ukrayna müharibəsində son vəziyyət və Türkiyənin Suriyada planlaşdırdığı əməliyyat müzakirə edilib. Ərdoğan Türkiyənin cənub sərhəddində 30 kilometr dərinlikdə terrordan azad zonanın hələ yaradılmadığını və bu ərazinin təhlükəsiz olmasının vacib olduğunu bildirib.

Müstəqilaz bu barədə Haberler-ə istinadən xəbər verir.

Prezident Ərdoğan və Putin arasında keçirilən görüşdə regional məsələlər, xüsusilə Rusiya – Ukrayna müharibəsi, həmçinin Türkiyə-Rusiya münasibətləri müzakirə edilib.

Terror təşkilatı PKK/YPG-nin Suriyada Türkiyəyə və Suriya vətəndaşlarına qarşı hücumlarının davam etdiyinə diqqət çəkən prezident Ərdoğan, 2011-ci ildə imzalanan müqavilədə yer alan Türkiyə sərhədindən 30 kilometr dərinlikdə terrorçulardan təmizlənmiş zonanın yaradılmasının mümkün olmadığını söyləyib.

//lephaush.net/4/5013541