Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Pakistanın yeni hökuməti ölkənin hazırkı prezidenti Arif Alvini, keçmiş baş nazir İmran Xanı və Milli Assambleyanın keçmiş vitse-spikeri Qasim Surini vətənə xəyanət ittihamı ilə mühakimə olunmasını tələb etmək niyyətindədir.

Musteqil.az TASS-a istinadla xəbər verir ki, bu barədə hökumətdəki mənbələr məlumat verib.

İddialara görə, Suri, prezident Alvinin icazəsi və İmran Xanın tələbi ilə qanunvericilərin sabiq baş nazirə və onun kabinetinə qarşı etimadsızlıq səsverməsinin keçirilməsini qanunsuz olaraq əngəlləyib və milli məclisi buraxıb.

Qeyd edilib ki, apreldə hakimiyyətə gələn baş nazir Şahbaz Şərif hökuməti Alvinin, Xanın və Surinin vətənə xəyanətlərini ifşa edən dəlilləri toplayıb və Pakistan Ali Məhkəməsinə təqdim edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//ashoupsu.com/4/5013541