Türkiyə Mərkəzi Bankı illik inflyasiya proqnozunu 42,8 faizə yüksəldib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin Mərkəzi Bankı cari ilin sonuna olan inflyasiya proqnozunu 42,8 faizə yüksəldib. Bundan öncə həmin göstəricinin 23,2 faiz olacağı gözlənilirdi.

Metbuat.az Türkiyə Mərkəzi Bankının rəsmi saytına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəhbəri Şahap Kavcıoğlu Ankarada təşkil olunan mətbuat konfransında deyib.

Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2022-ci ilin yanvar ayında ölkədə inflyasiya 48,69 faiz təşkil edib. Bu da son iyirmi ilin ən yüksək göstərici olub. Son statistikaya əsasən, mart ayında illik inflyasiya 61,14 faizə yüksəlib.

Ötən ilin noyabrında türk lirəsi ilin əvvəli ilə müqayisədə təxminən 30 faiz dəyər itirib. Buna Mərkəzi Bankın hazırda 14 faiz olan uçot dərəcəsini aşağı salmasının səbəb olduğu deyilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək faiz dərəcələrini inflyasiyanı effektiv şəkildə azaltmağa və lirənin ucuzlaşmasını dayandırmağa mane olan ciddi problem kimi görür. O, Mərkəzi Bankı uçot dərəcəsini endirmədiyinə görə dəfələrlə sərt tənqid edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu