SON DƏQİQƏ! Rusiyanın bu bölgəsi blokadaya alınır – Moskvadan hədə gəldi

Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov regionun blokadaya alınmasını qeyri-mümkün hesab edir.

Müstəqil.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, bu barədə “Novosti” agentliyinə müsahibəsində deyib.

Əlixanovun sözlərinə görə, təyyarələr Kalininqrada neytral marşrutlar üzrə uçur və su nəqliyyatı regionu Rusiyanın qalan hissəsi ilə birləşdirir. Qubernator həmçinin qeyd edib ki, dəmir yolu tranzitinin bağlanması Avropa ölkələri üçün sərfəli deyil, çünki bölgədə daşımalarda vaxta qənaət edirlər, üstəlik, bu üsul bəzən su nəqliyyatından daha ucuzdur.

Əlixanov Litva ilə sərhədin bağlanması riskini dəyərləndirərək, Vilnüsün bunu birtərəfli qaydada edə bilməyəcəyini deyib. O vurğulayıb ki, bu təklif Avropa İttifaqı səviyyəsində verilib, Aİ-nin beşinci sanksiyalar paketində əks olunub.

Əlixanov regionun bloklanmasının qeyri-mümkün olduğunu bəyan etsə də, o, bundan əvvəl “İzvestiya”ya müsahibəsində anklavın istənilən sanksiyalara və hətta Avropa İttifaqının blokadasına hazır olduğunu söyləyib. Amma o, NATO qoşunlarının Kalininqrad yaxınlığında yerləşdirilməsi ehtimalını istisna edib, onun sözlərinə görə, Rusiya buna dərhal cavab verəcək.

Başa dön tuşu