“Rusiya banklarının SWIFT-dən ayrılmasının təsirləri araşdırılır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya-Ukrayna müharibəsi nəticəsində qonşu ölkənin banklarının SWIFT-dən ayrılmasının Azərbaycanıın bank sektoruna təsirlərini araşdırır.

Metbuat.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

“Bu araşdırma həm yerli qurumlar, həm də beynəlxalq komissiyalar səviyyəsində aparılır. Hazırda hesablaşma əməliyyatlarında problem yoxdur. Müxbir kompayns şərtləri sərtləşdirilib”, – deyə o, qeyd edib.

AMB rəsmisi Azərbaycan banklarının “Bank VTB Azərbaycan” ASC-nin kartları ilə əməliyyatlara tətbiq etdiyi məhdudiyyətlərə də münasibət bildirib: “Bu, bankların hansısa risklərini nəzərə alması ilə bağlı ola bilər, amma ümumilikdə “Bank VTB Azərbaycan”ın kartları ilə ölkədə əməliyyatlar arasında aktivdir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu