Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə yardımı ilə İmişli rayonunda icra etdiyi “Mina qurbanları və qazilərin sosial təminatının gücləndirilməsi təşəbbüslərinin dəstəklənməsi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir. 

İlk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açılış nitqi ilə başlayan layihənin rəhbəri Məmmədhəsən Həsənov Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibə, onun uğurları haqqında iştirakçıları məlumatlandırmaqla yanaşı müharibənin humanitar fəsadları, xüsusi ilə də partlamamış silah-sursat və minalarla çirklənmiş ərzilərin müqyası, təhlükləri haqqında öz fikirlərini bildirdi. O, həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə mina qurbanları və qazilərin sosial təminatının daha da gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihənin icrasına göstərdiyi dəstək üçün minnətdarlığını bildirdi. 

Daha sonra layihənin eksperti Rəşad Həsənov təqdimatla çıxış edərək, hazırda Azərbaycanda mövcud olan sosial müdafiə və reabilitasiya mexanizmləri, onlardan istifadə qaydaları, davamlı təminat və inkluziv iqtisadi model qruculuğunda dövlət siyasətinin yeni istqamətləri haqqında iştirakçılara geniş məlumat verdi. 

Təqdimatdan sonra Dövlət Məşğulluq Agentliyi (Ağdam rayon xidmət şöbəsinin nümayəndəsi) Ayturan Fətullayev, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Əlisahib Məhəmmədov müvafiq sosial qrupların təmsilçiləri ilə onların gündəlik həyat fəaliyyələrində üzləşdikləri çətniliklər, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi haqqında təklifləri və sualları ətrafında müzakirələr davam etdirilib.  

“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin 

Həllinə Kömək” İctimai Birliyinin sədri: Həsənov Məmmədhəsən Murad oğlu

By admin

//zeechumy.com/4/5013541