Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,“Goal.com” saytı “Qızıl top”a namizədlərin yenilənmiş siyahısını təqdim edib.

Musteqil.az xəbər verir ki, “Real”ın hücumçusu Kərim Benzema bundan əvvəl olduğu kimi siyahıya başçılıq edir.

Məhəmməd Salah (“Liverpul”) 1 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib. O, hazırda 3-cü pillədə yer alan Robert Levandovskini (“Bavariya”) qabaqlayıb.

“Qızıl top”a namizədlərin ilk 20-liyində nə PSJ-dən Lionel Messi, nə də “Mançester Yunayted”dən Kriştiano Ronaldo daxil olub.

İlk 10-luq aşağıda qeyd olunan kimidir:

1. Kərim Benzema (“Real”)

2. Məhəmməd Salah (“Liverpul)

3. Robert Levandovski (“Bavariya”)

4. Kilian Mbappe – PSJ

5. Sadio Mane (“Liverpul”)

6. Kevin De Brüyne (“Mançester Siti”)

7. Luka Modriç (“Real”)

8. Vinisius Junior (“Real”)

9. Filip Foden (“Mançester Siti”)

10. Trent Aleksander-Arnold (“Liverpul”)

//zikroarg.com/4/5013541