Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mağazalardan oğurluq edən dəstə üzvləri tutulub.

Bu barədə Musteqil.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Belə ki, Ağsu Rayon Polis Şöbəsinə rayonun Hacısəmədli və Muradlı kəndlərində yerləşən iki mağazanın sahibi onlara məxsus obyektlərdən naməlum şəxslər tərəfindən ümumi dəyəri 3 000 manat olan tütün məmulatları, spirtli içkilər, qadın geyimləri və ərzaq məhsullarının oğurlanması barədə məlumat veriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübəhli bilinən dəstə üzvləri – Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov, Şəki şəhər sakinləri – Nicat Quliyev və Elvin Dursunəliyev, Balakən rayon sakini Tofiq Hacıyev, eləcə də Ağdaş şəhər sakini Rövşən Qasımov tutulublar.

Onlar cinayət əməllərini etiraf ediblər və birgə oğurladıqlarını sataraq öz aralarında böldüklərini bildiriblər.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin Ağdaş rayonu ərazisində yerləşən mağazadan da oğurluq etdikləri müəyyən edilib.

Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, dəstə üzvlərinin digər rayonlarda da analoji cinayətlər törətdikləri istisna olunmur. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//ugroocuw.net/4/5013541