Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? – PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…

Çilingər, vışka quraşdıran Mərdan Camalov necə icra başçısı oldu..? 

Mərdan Camalov dayısı və bacanağı  Balamirzə müəllimə nə bağışlayıb..? 

Azərbaycan Prezident Administrasiyasına məxsus  president.az   saytında dərc olunan rəsmi xəbərə nəzər salaq:
Mərdan Talıb oğlu  Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12 noyabr 2019, 12:42
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2019-cu il. 
Xəbərə fikir verdinizmi..? 
İli, günü, hətta saatı bəli: 12:42. 
İndi ikinci rəsmi bir sayta  Zərdab  Rayon İcra Hakimiyyətinin saytına  ( zerdab-ih.gov.az ) nəzər salaq:
Prezidentin sərəncamı ilə  Camalzadə Mərdan Talıb oğlu    Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 
İndi özünüz nəticə çıxardın. 
Söhbət sosial şəbəkədə hansısa iştirakçının, yaxud bloqqerin  səhifəsindən getmir ee….
Cənablar, söhbət Prezident Administrasiyasının və Zərdab Rayon İcra Hakimiyyətinin rəsmi  saytından ( fikir verdiniz də…gov.az, yəni HÖKUMƏT ) gedir. 
Birində, Mərdan Camalov, o birində Mərdan Camalzadə. 
Deməli, Mərdan Camalzadə Prezidenti aldadıb..? 
Qoy bu barədə cənab Camalov-Camalzadənin özü danışsın və Gündəlik-Bakının sualına cavab versin. 
Ümumiyyətlə, Gündəlik-Bakı olaraq xeyli müddətdir ki, 14 il  (  2005-2019-cu illər )  Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, son 3 ildə isə  Zərdab rayon İcra Hakimiyyətinin başçısı olan  Mərdan Camalov barədə yazırıq, ona konkret suallar ünvanlayırıq. O isə suallara cavab vermək əvəzinə məhkəməyə üz tutmağa  üstünlük verir. 

Ümumiyyətlə, kənddə coğrafiya müəllimi işləyən Mərdan Camalovun birdən  Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər  işinə düzəlməsi  vallah  ironiyadır. 
Hansı özünə hörmət  qoyan müəllim, işini atıb “svarşik”  işinə gedərdi. 
Deməli, ortada nə isə olub. Deyilənə görə həmin dövrdə Camalovun məktəbdə çox böyük, açılası bir o qədər də məsləhət bilinməyən problemi olub və ona məsləhət biliblər ki, get “kamxoz”da işlə, məsələlər yaddan çıxsın, sonra bir şey fikirləşərik. Camalov razılaşır və olur “svarşik”. Bu barədə sonrakı yazılarımızda bəhs edərik.
Hələ bu harasıdır..? 
Bir müddət sonra Mərdan Camalov çilingərliyi buraxıb “Azneft”də  vışka  quraşdırmaqla məşğul oldu. 
Həə, indi gəlirik mətləb üstünə. 
Belə ki, Mədran Camalovun qardaşı , “Azəneft”in rəisi olan rəhmətlik Yavər Camalov  qardaşını sürüşdürə-sürüşdürə  vəzifəyə gətirirdi. 
Və Mərdan Camalov Şirvanın icra başçısı olan kimi nəinki yer altındakı qaz turbalarını, həm də  torpaqları satmağa başladı. 
Təsəvvür edirsiniz, Mərdan Camalov bibisi qızı Əzizbikənin narkotik satışına görə həbs olunan oğluna şəhərin H.Əliyev prospektində, “Vosmoy” adlanan ərazidən mağaza yeri verdi, həm də  tikdirdi. 
Mərdan Camalov  Şirvanın icra başçısı olanda  oğlu Samir Camalova Heydər Əliyev adına parkda “Şəlalə” adlı çayxana, şahmat məktəbini götürərək telefon mağazası açıb və illərdir ki işlədir. 
Bəli, Mərdan Camalov Şirvanın çox hissəsini özəlləşdirərək, bacanağı, həm də dayısı, keçmiş kollec direktoru,  Nəsimi rayon hərbi komissarı Seymur müəllimin atası, Balamirzə Məmmədova  Heydər Əliyev adına muzeyin binasını  bağışlayıb. O da öz növbəsində binanı “Rabitə bank”ın Şirvan filialına icarəyə verib, miqrasiya xidmətinin yanında 2 mərtəbəli avtoyuma və çayxana, kənd evlərində köhnə hamamını ələ keçirib.
Rabitə  və  Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsində bəlli oldu ki, Mərdan Camalov Şirvan şəhər telekomunikasiya qovşağından çıxarılan, dəyəri  500 min  manat olan  qiymətli metallara  şərik olublar. Mərdan Camalov  hətta  dünyanı bəlaya salan koronavirusdan da pul qazanıb, sahibkarları incidir, iş adamlarına sanki zülm edir.
Mərdan Camalov haqqında mediada  nələr yazılmayıb..? 
Şəhidin atasına kəllə atmağından, Ulu Öndərin Anım günündə  qırmızı geyinməsindən, iş istəyən şəhidin həyat yoldaşına “azz, zırıldama…”   deməsindən  və daha nələrdən…
Mərdan Camalov  şəhid ailələri üçün tikilən binadakı mənzilləri müxtəlif şəxslərə verib. 
Ötən yazımızda  qeyd etdiyimiz kimi, Mərdan Camalovun qardaşı Kamil  Şirvanda  bütün günü “çəkə-çəkə”  o yana gedir, bu yana gedir… 
Şirvan camaatı deyir ki, Mərdan Camalovun qohumu Əmiş Şirvanda narkotik paylamaqla məşğuldur, barondur. 
Hətta Əmişin arvadı da “mal”  satmaqla məşğuldur. 
İndi görürsünüzmü, medianı məhkəmə ilə hədələyən Mərdan Camalov hansı bataqlığın içərisindədir. 
Deməli, Mərdan Camalov düzələn deyil. 
Atalar demişkən, qozbeli, qəbir…daha doğrusu, Kürdəxanı düzəldər. 
Hazırlaş, yoldaş Camalov…
Yazıda müxtəlif saytların yazılarından istifadə olunmuşdur.
P.S Hörmətli Mərdan Camalov, elə hər şeyə diqqət edənsənsə Pirverdinin oğlu Azadı, bir də onun bacısı oğlu İlqarı çağır, tənbeh et.

Başa dön tuşu