Kanada parlamenti Rusiyanın Ukraynada törətdiklərini “soyqırım” adlandırıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kanada parlamenti Rusiyanın Ukraynaya hücumlarını “soyqırım” adlandırmağa səs verib. Parlament üzvləri Moskvanın “insanlığa qarşı sistemli və kütləvi hərbi cinayətlər törətməsinə dair kifayət qədər sübutlar” olduğunu bildiriblər.

Metbuat.az Röyters-ə istinadən xəbər verir ki, Kanada İcmalar Palatasının təklifinə görə, Rusiyanın hərbi cinayətləri kütləvi vəhşiliklər, ukraynalı mülki şəxslərin qəsdən öldürülməsi, meyitlərin təhqir edilməsi, ukraynalı uşaqların zorla köçürülməsi, işgəncələr, fiziki və mənəvi zərərlər və təcavüzləri əhatə edir.

Xatırladaq ki, ABŞ prezidenti Bayden aprelin əvvəlində Ukraynanın işğalının soyqırım olduğunu demişdi, lakin əlavə etmişdi ki, beynəlxalq hüquqşünaslar işğalın soyqırım meyarlarına cavab verib-verməməsinə qərar verməlidirlər.

Soyqırım ittihamlarını rədd edən Rusiya isə Ukraynadakı fəaliyyətini “xüsusi hərbi əməliyyat” adlandırır. Rusiya bunun zəruri olduğunu, çünki ABŞ-ın Rusiyanı təhdid etmək üçün Ukraynadan istifadə etdiyini bildirib. Moskva öz növbəsində Ukraynanı rusdilli insanların soyqırımında ittiham edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu