Futbolçu qulaq çöpündən düzgün istifadə etmədiyi üçün zədələnib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,İngiltərənin II Liqasında çıxış edən “Hartlpul Yunayted” klubunun futbolçusu Mark Şelton zədələnib.

Metbuat.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qrem Li açıqlama verib.

O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi qulaqlarını təmizləyərkən xəsarət alıb: “Şelton hazırda xəstəxanadır. Qulaq çöpü dərinə getdiyindən ayağaı qalxa bilmir, başı gicəllənir”.

Futbolçu bu səbəbdən “Skantorp Yunayted”ə qarşı 45-ci tur matçında meydana çıxa bilməyəcək.

Başa dön tuşu