Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyunun 17-də ictimaiyyətə açıqlanacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu