Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sosial şəbəkələrdə məşhurlaşan müğənni Nahidə Babaşlının qəzada iti ölüb.

Musteqil.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında qeyd edib.

“Canımdan çox sevdiyim Köpüyümü avtomobil qəzasında itirdim. Ömrü boyu sevgini daşıyacağam. Nə yazsam, nə desəm, kədərim azalmır. İlk dəfə gəzdirməsi üçün birinə verdim, onda da qucağımda can verdin. Köpük mənim hər şeyim idi”.

Nahidə bildirib ki, hadisə Bakıda baş verdiyi üçün ölkədən gedir:

“Qəza Bakıda oldu, maşın vurdu və qaçdı. Hələ də hadisənin şokundayam. Bilet aldım, bir neçə saat sonra bu ölkədən gedirəm. Ümidim bir də qayıtmamaqdır. Alın mədəniyyətinizi də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də başınıza çırpın!”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//zeechumy.com/4/5013541