Ukraynadan ŞOK Rusiya qərarı: Bu gündən…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gündən Rusiya gəmilərinin Ukraynanın daxili sularına daxil olmasını qadağan edən qanunun icrası başlanıb.

Metbuat.az xəbər verir ki, Ukrayna Ali Radasında 2020-ci il dekabrın 3-də qəbul edilən və Rusiya gəmilərinin Ukraynanın daxili sularına daxil olmasını qadağan edən qanun 1 ildən artıq müddətdən sonra bu gün qüvvəyə minib.

Qanuna görə, Rusiya bayrağı altında üzən gəmilər beynəlxalq reyslər çərçivəsində Ukrayna ilə çay limanları arasında sərnişin və yük daşımaları həyata keçirə bilməyəcək. Bundan başqa, Rusiya bayrağı altında üzən gəmilər Ukraynanın daxili sularında dəniz yükdaşımalarını reallaşdıra bilməyəcək.

Qeyd edək ki, Ukraynanın daxili suları Dnestr, Dnepr, Dunay kimi böyük çaylardan ibarətdir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu