Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan millət vəkili Səmra Gözəlin PKK terror təşkilatının üzvləri ilə şəkilləri üzə çıxıb.

Metbuat.az TRT-yə istinadən xəbər verir ki, fotolar zərərsizləşdirilən terrorçunun telefonunda aşkarlanıb.

Bildirilir ki, “Koçero Meleti” kod adlı terrorçu Volkan Bora 2017-ci ildə Adıyamanda kəndində məhv edilib. Onun üzərindən tapılan telefon isə araşdırma aparmaq məqsədi ilə götürülüb. Telefonda Səmra Gözəlin terror kamplarında terrorçularla çəkilmiş fotoları müəyyən edilib.

Volkan Bora ilə Səmra Gözəlin eyni dönəmdə Harran Universitetində oxuduqları və tanış olduqları müəyyənləşdirilib. Volkan Bora universiteti bitirdikdən sonra təşkilata yaxın media orqanlarında müxbir kimi işləyib və sonra terrorçulara qoşulub.

Faktla bağlı Ankara Respublika Prokurorluğunda istintaq aparılır.

Qeyd edək ki, toxunulmazlığının ləğvi tələb edilən deputatlar arasında Səmra Gözəl də var.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin