Salyanda 45 yaşlı kişi 4 aydır itkin düşüb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Salyan rayon sakini itkin düşüb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 45 yaşlı Əli Əliyev sentyabr ayının 22-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

“Əli Əliyevin əlamətləri belədir: boyu 160 sm., orta bədən quruluşlu, qısa qara saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarının rəngi qaradır. Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək, qara rəngli şalvar və qara qəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 050-756-25-25 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.

Əli Əliyev





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu