Ronaldu yekun siyahıdan kənarda qalıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın futbolçuları adına namizədlərin sayını azaldıb.

Metbuat.az xəbər verir ki, kişilər arasında bu ada Fransa PSJ-sindən Lionel Messi, AlmaniyaBavariya“sından Robert Levandovski və İngiltərə “Liverpul”undan Məhəmməd Salah iddia edir. Digər İngiltərə təmsilçisi “Mançester Yunayted“in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu yekun siyahıdan kənarda qalıb.

Ötən ilin ən yaxşısı olmağa namizəd qadın futbolçular isə bunlardır: 1. Cennifer Ermoso (İspaniya / “Barselona“), 2. Samanta Kerr (Avstraliya / “Çelsi“), 3. Aleksiya Putelyas (İspaniya / “Barselona”).

Qeyd edək ki, “The Best” mükafatı yanvarın 17-də təqdim ediləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu