Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

RusiyaTürkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilib ki, iki ölkə lideri söhbət zamanı təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiya tərəfinin təkliflərini, eləcə də, Cənubi Qafqaz, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Bununla yanaşı, tərəflər beynəlxalq gündəmdə olan məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Həmçinin, Putin və Ərdoğan iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığı gələcəkdə də intensivləşdirmək niyyətlərini təsdiq ediblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin