Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Nizami Rayon Mühafizə İdarəsinin rəis müavini, polkovnik-leytenant Elşad Rəcəbov qəfildən vəfat edib.

Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər baş verib.

Məlumatda bildirilir ki, 45 yaşlı polkovnik-leytenant bu gün səhər tezdən özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 27-də Nizami Rayon Polis İdarəsinin daha bir əməkdaşı qəfildən vəfat edib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin