Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, bir gündə 27 417 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 511, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 453, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 453 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 373 965, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 171 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 680 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 521 810 təşkil edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin