Ötən il ərzində jurnalistlərin aylıq gəlirləri açıqlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2021-ci il üzrə sosial durumları və media məkanı ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb.

Metbuat.az xəbərinə görə, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, hesabat 60 KIV redaksiyasını əhatə edən jurnalistlər arasında keçirilən sorğu, həmçinin, 2021-ci il ərzində aparılan monitorinqin nəticələri əsasında hazırlanıb.

Əmək haqqı, orta aylıq gəlirlər sahəsində durum konteksində 2021-ci ildə ötən illə müqayisədə ciddi dəyişiklik müşahidə edilməyib. Rəyi soruşulanlardan 54 faizi aylıq gəlirlərinin 700-1000 manat, 31 faizi aylıq gəlirlərinin 500-700 manat, 15 faizi aylıq gəlirlərinin 250-500 manat civarında olduğunu bildiriblər.

Əmək haqqı sahəsində aşağı göstəricilər daha çox regional KİV-lərdə qeydə alınıb. Sorğu iştirakçıları qeyd ediblər ki, region KİV-ləri təkcə əmək haqqı, maliyyə-iqtisadi baxımdan deyil, digər çətinliklərlə də üzləşirlər. Regional KİV-lərlə bağlı xüsusi proqramın hazırlanması təklifləri səsləndirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu