Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Ermənistan silahlı qüvvələri heç bir səbəb olmadan Kəlbəcər istiqamətində təxribat törədib. Düşmənin Azərbaycan orsudunun postuna hücumu nəticəsində bir hərbçimiz şəhid olub. Amma ordumuzun qətiyyətli tədbirləri nəticəsində erməni tərəfinin bu hərbi avantürası tam iflasa uğrayıb və şəhidimizin qanı yerdə qalmayıb.

Metbuat.az xəbər verir ki, hərbi mənbələrdən “Qafqazinfo”ya daxil olan məlumata görə, ordumuz cavab tədbirləri ilə düşmənin iki postunu darmadağın edib, oradakı silah sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib.

İlkin məlumatlara görə, 5-8 arası erməni hərbçiləri məhv edilib, çoxlu sayda yaralılar var.

Görünür, Nikol Paşinyanın KTMT sammitinə formal sədlik etməsi və Qazaxıstana hərbçi göndərməsi onu yeni avantüraya həvəsləndirib. Amma bu avantura baş tutmayıb və erməni hərbçilərin ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Mənbə bildirib ki, Azərbaycan bundan sonra da İsrail ordusunun tətbiq etdiyi metoddan istifadə edəcək – hər bir itkimizin əvəzində düşmən cavabını beşqat alacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin