Boqdanoviç dünyasını dəyişdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünya şöhrətli amerikalı rejissor, aktyor və prodüser Piter Boqdanoviç dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, 82 yaşlı sənətçi Los-Ancelesdəki evində vəfat edib. Ailəsi onun təbii səbəblərdən öldüyünü bildirib. Məlumata görə, Boqdanoviç təcili yardım gələnədək keçinib.

Qeyd edək ki, əfsanəvi “The Sopranos” serialındakı Elliot Kupferberq rolu ilə xatırlanan Boqdanoviç “The Last Picture Show”, “Paper Moon”, “What’s Up, Doc?”, “Mask” filmlərinin rejissorudur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu