Bakı-Ələt yolunda ard-arda iki yol QƏZASI: 8 nəfər xəsarət aldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda ard-arda müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib.

Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ümumilikdə 8 nəfər xəsarət alıb.

Qeyd olunub ki, baş verən ilk qəza nəticəsində mərkəzə 5 yaralı gətirilib: “Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu