Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 17-ci mikrorayonda 1 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü uşağın beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə mənzilə eyvandan daxil olub, uşağı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu