AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.

Qurumdan Metbuat.az-a verilən məlumata görə, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu