Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İşğaldan azad edilmiş ərazilərin bir hissəsində erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatlardan 2021-ci il ərzində aşkar edilənlərin statistikası açıqlanıb.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilmiş hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Keçirilmiş tədbirlərlə işğaldan azad edilmiş ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin