Avropada təbii qazın qiyməti artıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa bazarlarında təbii qazın qiyməti 16 faiz artıb.

Metbuat.az xəbər verir ki, Avropanın dərinliyi ilə seçilən Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsində əməliyyat edilən təbii qaz fyuçers müqavilələrində 1000 kubmetr təbii qazın qiyməti yenidən 94 avroya çatıb.

Qeyd edək ki, təbii qazın qiymətinin artmasının səbəbi Rusiyadan təbii qazın aşağı tədarükü ilə bağlıdır. Eyni zamanda, Avropada havaların soyuq keçməsi isə təbii qazdan istifadənin artmasına gətirib çıxarıb. Qazın qiymətlərində yenidən baş verən artım enerji böhranı ilə bağlı narahatlığı daha da artırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu